Sizin reklam burada
Sizin reklam burada

Ərdoğan: “Rusiya və Ukrayna ilə eyni vaxtda danışıqlar aparan yeganə ölkə Türkiyədir”

Ərdoğan: “Rusiya və Ukrayna ilə eyni vaxtda danışıqlar aparan yeganə ölkə Türkiyədir”
“Türkiyə tarazlığı, ədaləti, inamlı mövqeyi ilə böhranların aradan qaldırılmasında həlledici rol oynayır”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərodğan bildirib.

O, qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində hər iki tərəflə eyni anda danışıqlar aparan yeganə ölkə Türkiyədir.

“İstanbul prosesi dəyərləndirilə bilsəydi, indiyə qədər yaşanan dağıntılar, göz yaşları olmazdı. Taxıl müqaviləsi və əsir mübadiləsi ilə davam edən diplomatik səylər, təəssüf ki, müharibə lobbisi tərəfindən heçə endirildi. Hərbi və mülki olmaqla on minlərlə insan bunun əvəzini ödədi. Müharibəyə odun daşımaq əvəzinə, sülhün bərqərar olması üçün səy göstərdik. Biz hələ də yeganə ölkəyik ki, Rusiya və Ukrayna ilə eyni vaxtda danışır, dialoq kanalları ilə fəaliyyət göstərir və həll təklifləri hazırlayırıq”, - deyə dövlət başçısı bəyan edib.

  • Sosial şəbəkədə paylaş