Sizin reklam burada
Sizin reklam burada

Peskovdan Rusiyadakı qiyamla bağlı son açıqlamalar

Peskovdan Rusiyadakı qiyamla bağlı son açıqlamalar

Vəziyyəti həll etmək üçün böyük iş görülüb və ümid etmək istərdim ki, bütün tərəflər əldə edilmiş razılaşmalara əməl edəcəklər”.
Turantv.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib.
“Söhbət kifayət qədər acınacaqlı və çox qeyri-adi hadisədən gedir. Hadisələrin ən pis ssenari üzrə inkişafının qarşısını almaq üçün bir sıra insanlar tərəfindən çox iş görülüb və prezidentin iradəsi nümayiş etdirilib. Müəyyən razılaşma var. Ən pis ssenaridən qaçmaq üçün prezidentin müəyyən vədləri, müəyyən təminatları var”, – deyə Kreml sözçüsü bildirib.
O, vurğulayıb ki, Rusiya prezidenti həmişə verdiyi sözə əməl edir: “Təbii ki, hər kəs ümid etmək istərdi ki, hər tərəfdən verilən sözlər şübhəsiz yerinə yetirilsin”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ