Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanla delimitasiya işlərinin 90% tamamlanıb - Paşinyan açıqladı

Azərbaycanla delimitasiya işlərinin 90% tamamlanıb - Paşinyan açıqladı




Tavuşdakı sərhəd postları Ermənistanın təhlükəsizliyinin təminatıdır.

Publika.az xəbər verir ki, bunu Emənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

Paşinyanın sözlərinə görə, bu gün Ermənistanda baş verənlər təhlükəsizlik zəmanətlərinin yaradılmasıdır, çünki “əvvəlki təminatlar işləməyib”.

“Hakimiyyət bu zəmanətləri gücləndirmək və sərhəd dirəklərinin sayını artırmaq üçün əlindən gələni edəcək”, - deyə o əlavə edib.

Paşinyan vurğulayıb ki, sərhəd dirəkləri qanuni əsaslarla quraşdırılır və onlar bütövlükdə Ermənistan kəndlərinin təhlükəsizliyinin təminatına çevrilirlər. Ermənistanın baş naziri qeyd edib ki, delimitasiya və demarkasiya özlüyündə məqsəd deyil.

Onun sözlərinə görə, proses “müharibəni mənasız və qeyri-real etmək, onu hər hansı əsasdan məhrum etmək” məqsədi daşıyır.

Paşinyan bildirib ki, hazırda Azərbaycanla delimitasiya işlərinin 90% tamamlanıb. “Əvvəllər mən belə bir işə qiymət vermirdim, çünki delimitasiya, sərhəd sütunlarının yaradılması prosesinin necə gedəcəyi, bunun iş prosesinə və ya toqquşmalarla dolu siyasi prosesə çevriləcəyi ilə bağlı suallar var idi. Hazırda işlərin çoxu artıq görülüb və iş nə qədər çox irəliləsə, təhlükəsizlik təminatlarının formalaşdığına və müharibənin məntiqə sığmadığına inam bir o qədər möhkəmlənir”.

Mayın 6-na olan məlumata görə, Ermənistan və Azərbaycan Tavuş bölgəsində 40 sərhəd sütunu quraşdırıblar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ