Sizin reklam burada
Sizin reklam burada

Moskva hava limanlarında xeyli sayda uçuş naməlum səbəbdən ləğv edildi

Moskva hava limanlarında xeyli sayda uçuş naməlum səbəbdən ləğv edildi
Rusiya paytaxtı Moskvanın üç hava limanında uçuşların bir qismi gecikib, bir qismi isə ləğv edilib.

Bunu “Yandex.Schedules” xidmətinin məlumatları göstərib.

Belə ki, paytaxtın Vnukovo hava limanında dörd təyyarənin uçuşu gecikib, daha doqquzu isə ləğv edilib. Domodedovoda da eyni şəkildə dörd reys gecikib, daha üç reys ləğv edilib. Şeremetyevoya 3 aviareysin vaxtı dəyişdirilib.

Jukovski hava limanının qrafikində pozuntular barədə məlumat yoxdur. Moskvanın hava limanlarında xeyli sayda uçuşun dəyişdirilməsinin səbəbi açıqlanmır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ