Sizin reklam burada
Sizin reklam burada

Ukrayna xalqı humanitar dəstəyə görə Azərbaycana təşəkkür edir - VİDEO

Ukrayna xalqı humanitar dəstəyə görə Azərbaycana təşəkkür edir - VİDEO
Ukrayna ictimaiyyəti Azərbaycanın bu ölkəyə müxtəlif vaxtlarda göstərdiyi humanitar yardımlara minnətdardır.

Xezerxeber.az-ın məlumatına görə, bir ildən çoxdur ki, Ukraynada davam edən müharibə bu ölkədə getdikcə humanitar böhran ilə də müşahidə olunur.

Xüsusilə bir müddət əvvəl Rusiya tərəfindən işğal altında olan Kaxovka su elektrik stansiyasının əsas bəndinin partladılması Ukraynada genişmiqyaslı daşqınlara, ardınca da ekoloji fəlakətə səbəb olub.

Mövzu ilə bağlı danışan Ukrayna parlamentinin hakim “Xalqın Xidmətçisi” Partiyasının Xersondan seçilən deputatı Pavel Pavliş bildirib ki, Azərbaycan həmişəki kimi ən həssas məqamda öz humanitar dəstəyi ilə köməyə yetişib. Onun sözlərinə görə, indi tikinti-bərpa işləri aparmaq üçün tikinti texnikasına və materiallarına ehtiyac duyulur.

Ukrayna sakinləri də çətin anlarında yanlarında olduğu üçün Azərbaycana təşəkkür ediblər.

Qeyd edək ki, müharibənin ilk günündən xüsusən SOCAR humanitar fəlakətlərin baş verdiyi yerlərdə yardım kampaniyalarında fəal iştirak edir.

Daha ətraflı süjetdə:


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ