Sizin reklam burada
Sizin reklam burada

Moskvada antiterror əməliyyatı ilə əlaqədar bütün futbol oyunları ləğv olundu

Moskvada antiterror əməliyyatı ilə əlaqədar bütün futbol oyunları ləğv olundu
Moskvada bütün futbol oyunları ləğv edilib.

Bu barədə Moskva Futbol Federasiyası öz rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, antiterror əməliyyatı rejiminin tətbiqi ilə əlaqədar şəhərdə bütün futbol oyunları ləğv olunub.

“Bələdiyyə merinin sərəncamı ilə əlaqədar şəhərdə kütləvi tədbirlər ləğv edilib. Moskva Futbol Federasiyasının himayəsi altında keçirilən bütün yarışlar növbəti xəbərdarlığa qədər təxirə salınıb”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, “Vaqner” özəl hərbi şirkəti Rusiyada hərbi çevrilişə cəhd edib. Rusiya Silahlı Qüvvələri Voronejdə əməliyyat tədbirlərinə başlayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ