Sizin reklam burada
Sizin reklam burada

Rusiya Kiyevdə yaşayış binasına raket zərbəsi endirib

Rusiya Kiyevdə yaşayış binasına raket zərbəsi endirib
Rusiya ordusu Ukrayna paytaxtı Kiyevə raketlərlə hücum edib.

Bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri məlumat yayıb.

Raketlərdən biri 24 mərtəbəli yaşayış binasına düşüb.

Hadisə nəticəsində iki nəfərin öldüyü, səkkiz nəfərin yaralandığı bildirilir.

Ölən və yaralıların sayının artacağı istisna edilmir.

Raket hücumu nəticəsində dayanacaqda saxlanılan 40-a yaxın avtomobilə də ziyan dəydiyi qeyd olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ