Sizin reklam burada
Sizin reklam burada

Uruqvayın bir şəhərində fəlakət: Şirin su bitdi, əhali duzlu su içməyə başladı

Uruqvayın bir şəhərində fəlakət: Şirin su bitdi, əhali duzlu su içməyə başladı
Uruqvay hökuməti quraqlıq səbəbindən Montevideoda su ilə bağlı fövqəladə vəziyyət elan edib.

Bu barədə ölkə prezidenti Luis Lakalye Pou bildirib.

Bundan əlavə, prezident San-Xose çayı üzərində su anbarının tikintisi üçün işlərə başlanacağını açıqlayıb.

Qeyd edək ki, uzun müddət davam edən quraqlıq səbəbindən Montevideonu su ilə təchiz edən bulaqlar dayazlaşıb. Nəticədə əhali tərkibində natriumu çox olan sudan istifadə etməyə başlayıb. May ayında Uruqvay Səhiyyə Nazirliyi sakinlərə suyun tərkibinin dəyişməsi ilə əlaqədar duz qəbulunu azaltmağı tövsiyə edib.

Bundan başqa, butulkada satılan suyun qiymətini azaltmaq üçün hökumət istehsalçıları vergidən azad edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ