Sizin reklam burada
Sizin reklam burada

Ukrayna ordusunun Donbasla bağlı planları: Böyük hücuma hazırlıq gedir

Ukrayna ordusunun Donbasla bağlı planları: Böyük hücuma hazırlıq gedir
“Ukrayna yaxın günlərdə Donbasda böyük hücuma keçə bilər”.

Bunu Britaniya Parlamentinin Müdafiə Komitəsinin rəhbəri Tobias Ellvud deyib.

“Yaxın bir neçə gün ərzində biz Donbasın bu və ya digər hissəsində böyük hücuma hazır olmalıyıq”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri “tədqiqat və formalaşdırma əməliyyatları” aparırlar.

“Ukrayna potensialının əsas hissəsi isə bu hücuma hazır vəziyyətdə hələ də ehtiyatda saxlanılır”, - deyə o əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ