Sizin reklam burada
Sizin reklam burada

Rusiyaya qarşı planı təsdiqlədilər: Çökdürülməlidir

Rusiyaya qarşı planı təsdiqlədilər: Çökdürülməlidir




G7 ölkələrinin Rusiyaya qarşı sanksiya planları təsdiqlənib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, G7 ölkələri Rusiyaya qarşı “sanksiyalar və digər iqtisadi tədbirlər tətbiq etmək və həyata keçirmək” və sanksiyalardan yayınmağa müqavimət göstərmək planlarını təsdiqləyib. Bu barədə maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün yekunları üzrə birgə bəyanatda deyilib.

“Yeddilik” qrupunda aydınlaşdırıldığı kimi, G7 Moskvanın sanksiyalardan yayınmaq cəhdlərinə müqavimət göstərməyə davam etməyə razılaşıb. Sənəddə Moskvaya təzyiq planları haqqında deyilir: “Biz Rusiyanın imkanlarını daha da sarsıtmaq üçün sanksiyalar və digər iqtisadi tədbirlər tətbiq etmək və həyata keçirməkdə sarsılmaz qətiyyətimizi bir daha təsdiqləyirik”.

Tərəflər, həmçinin Rusiya ilə digər ölkələr arasında transsərhəd əməliyyatların birgə monitorinqini davam etdirməyi, eləcə də neft qiymətlərinin monitorinqini davam etdirməyi planlaşdırırlar.

Bundan əvvəl Avropa İttifaqının Rusiyaya yardım edən şirkətlərə qarşı sanksiyalar hazırladığı bildirilirdi. Çin, İran, Qazaxıstan və Özbəkistandan onlarla şirkət Rusiyaya məhdudiyyətlərdən yan keçmək üçün Aİ-nin qara siyahısına düşə bilər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ