Sizin reklam burada
Sizin reklam burada

Rusiya Kiyevi niyə bombalayır? – Dövlət Departamenti səbəbi açıqladı

Rusiya Kiyevi niyə bombalayır? – Dövlət Departamenti səbəbi açıqladı


ABŞ hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi “plan üzrə getməyib” və buna görə də təcavüzkar Ukraynanın dinc şəhərlərini, eləcə də mühüm infrastruktur obyektlərini atəşə tutur.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sədr müavini Vedant Patel Kiyevə dünən gecə edilən hava hücumu ilə bağlı danışarkən deyib.

“Bu, Rusiyanın Ukraynaya təcavüzünün uzun siyahısında növbəti sətirdir. Belə hərəkətlər və fəaliyyətlər tamamilə qəbuledilməzdir", - Patel bildirib.

Dövlət Departamentinin sözçüsü həmçinin qeyd edib ki, Putinin Ukraynaya qarşı müharibəsi Kremlin planı ilə getməyib. Ona görə də Rusiya dinc əhalini atəşə tutmağa, əsirləri cəbhəyə göndərməyə və sülh əvəzinə eskalasiyaya üstünlük verir

  • Sosial şəbəkədə paylaş