Sizin reklam burada
Sizin reklam burada

Zurabişvilidən ŞOK ÇAĞIRIŞ: "Avropa ən çətin sınaqla üz-üzədir"

Zurabişvilidən ŞOK ÇAĞIRIŞ: "Avropa ən çətin sınaqla üz-üzədir"



Rusiya öz sərhədlərinin hara olduğunu anlamalı və həmişəlik öz sərhədlərinə qayıtmalıdır.".

Publika.az xəbər verir ki, bunu Litvada səfərdə olan ölkə Prezidenti Salome Zurabişvili litvalı həmkarı Gitanas Nauseda ilə birgə mətbuat konfransında deyib.

Zurabişvili qeyd edib ki, təkcə Gürcüstan deyil, dünya və bütövlükdə Avropa bu gün ən çətin sınaqla üz-üzədir:

“Rusiyanın ən qəddar təcavüzünün başlamasından və minlərlə dinc insanın, o cümlədən uşaqların həyatına son qoyan müharibənin davam etməsindən bir ildən çox vaxt keçir. Buça, Mariupol, İrpin, Baxmut, Xerson - bunlar Ukrayna xalqının bizə göstərdiyi dözümlülüyün bir neçə nümunəsidir.

Rusiyanın birdəfəlik olaraq öz sərhədlərinə qayıtması və digər ölkələrin, qonşularının ərazilərinin işğalına son verməsi hamının ümumi məqsədi olmalıdır”, - deyə Zurabişvili əlavə edib

  • Sosial şəbəkədə paylaş