Sizin reklam burada
Sizin reklam burada

COVID-19 peyvəndini hazırlayan virusoloqu kəmərlə BOĞUB ÖLDÜRDÜLƏR

COVID-19 peyvəndini hazırlayan virusoloqu kəmərlə BOĞUB ÖLDÜRDÜLƏR


Moskvada 48 yaşlı virusoloq Andrey Botikov hücum nəticəsində ölüb.

Bu barədə Publika.az Rusiya KİV-nə istinadla xəbər verir.

Bildirilib ki, hücum martın 2-də, cümə axşamı Roqova küçəsindəki evdə baş verib. İstintaqın məlumatına görə, virusoloqa 29 yaşlı gənc hücum edib və onu kəmərlə boğub.

Həkimlər alimə reanimasiya etməyə çalışsalar da, Botikov dünyasını dəyişib.

Qətli törətməkdə şübhəli bilinən gənc artıq saxlanılıb, ona qarşı qətl maddəsi ilə cinayət işi açılıb.

Andrey Botikov "Sputnik V" peyvəndini hazırlayan N. F. Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin 18 nəfərlik alim qrupunun üzvü idi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ