Sizin reklam burada
Sizin reklam burada

Çin Rusiya üçün dron istehsal edəcək

Çin Rusiya üçün dron istehsal edəcək
Rusiya Çinin dron istehsal edən “Xi'an Bingo Intelligent Aviation Technology” şirkəti ilə danışıqlar aparır.

Qeyd olunur ki, Rusiyanın məqsədi kütləvi kamikadze dron sifariş etməkdir.

Mənbə iddia edir ki, Çin şirkəti artıq 100 ədəd dron sifarişi alıb. Sınaqlar keçiriləndən sonra onların Rusiya Müdafiə Nazirliyinə təhvil verilməsi nəzərdə tutulur.

Ehtimal edilir ki, hazırlanacaq PUA-ların konstruksiyası İranın “Şahid 136” kamikadze pilotsuz uçuş aparatlarına bənzəyəcək.

Xəbərdə həmçinin bildirilir ki, Rusiya müstəqil şəkildə dron istehsal edə bilsin deyə Çin şirkəti Moskvaya dron komponentlərini və məlumatlar təqdim etməyi də planlaşdırır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ