Sizin reklam burada
Sizin reklam burada

Dəhşətli TALE: zəlzələdən 5 saat əvvəl təyyarəyə bileti olub, amma…

Dəhşətli TALE: zəlzələdən 5 saat əvvəl təyyarəyə bileti olub, amma…


Türkiyədə baş verən zəlzələdən 11 gün keçsə də, “Hatayspor”un qanalı futbolçu Kristian Atsu tapılmır.

Publika.az xəbər verir ki, Atsu hələ zəlzələdən bir neçə saat əvvəl Türkiyəni tərk edə bilərmiş. Onun, həmin axşam saat 24:00-da Fransaya uçmaq üçün bileti olub.

Bu barədə məlumat verən “Hatayspor”un inzibati meneceri Fatih İlek bildirib ki, futbolçu son oyunda qol vurduğu üçün fikrindən daşınıb və bunu komanda ilə birgə qeyd etmək istəyib. Atsu ailəsinin yanına bir gün sonra uçmağı planlaşdırıb. Ancaq həmin axşam baş verən güclü zəlzələdən sonra dağıntılar altında qalıb. Üstündən 11 gün keçsə də, onu tapmaq mümkün olmayıb

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ