Sizin reklam burada
Sizin reklam burada

Rusiyalı hakerlər Britaniyanın poçt xidmətini şantaj edirlər

Rusiyalı hakerlər Britaniyanın poçt xidmətini şantaj edirlər
Britaniyanın “Royal Mail” poçt xidmətinin serverlərini sındıraraq onları ələ keçirən Rusiyanın “Lockbit” haker qrupu hesabları geri qaytarmaq üçün qarşı tərəfdən 65,7 milyon funt sterlinq (təxminən 80 milyon dollar) tələb edib.

Mənbə iddia edir ki, kral poçt xidmətinin rəhbərliyi üç həftə hakerlərlə danışıqlar aparıb.

Nəticədə poçt xidmətinin rəhbərliyi məbləği ödəməkdən imtina edib.

Öz növbəsində hakerlər 12,5 faiz endirimin də mümkün ola biləcəyinə işarə ediblər. Lakin “Royal Mail” bu təklifin də qəbuledilməz olduğunu açıqlayıb.

İndi hakerlər oğurlanmış şirkət məlumatlarını satışa çıxarmaqla və ya ictimaiyyətə təqdim etməklə hədələyirlər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ