Sizin reklam burada
Sizin reklam burada

Qəti TƏLƏB: Lavrov bu sözlərinə görə üzr istəsin!

Qəti TƏLƏB: Lavrov bu sözlərinə görə üzr istəsin!



Avropa Yəhudi Konqresi hesab edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Rusiya ilə bağlı siyasətini Adolf Hitlerin yəhudi məsələsini həll etmək cəhdləri ilə müqayisə etdiyinə görə üzr istəməlidir.

Publika.az xəbər verir ki, bu barədə konqresin saytındakı bəyanatda deyilir.

“Biz, nazir Lavrovun demokratik ölkələrin koalisiyasının hərəkətləri ilə Holokost zamanı Hitler tərəfindən altı milyon yəhudinin təqib və qətli arasında apardığı bu biabırçı müqayisədən şoka düşdük”, - Avropa Yəhudi Konqresinin prezidenti Ariel Muzikant bildirib.

Onun sözlərinə görə, bu, faciənin ideyasını təhrif edir, bununla əlaqədar Konqres Rusiya nazirini dediklərini izah etməyə və üzr istəməyə çağırır.

Yanvarın 18-də mətbuat konfransı zamanı Sergey Lavrov ABŞ-ın Rusiya ilə qarşıdurma yaratmaq üçün koalisiya yaratmaq cəhdlərini Napoleon və Adolf Hitlerin hərəkətləri ilə müqayisə edib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ