Sizin reklam burada
Sizin reklam burada

Dünyanın ən yaşlı qadını VƏFAT ETDİ

Dünyanın ən yaşlı qadını VƏFAT ETDİ


Planetin ən yaşlı sakini, fransız rahibə bacısı Andre (dünyada Lucille Randon) 118 yaşında vəfat edib.

Bu barədə Publika.az "Frans Press" agentliyinə (AFP) istinadla xəbər verir.

Andre bacının 2009-cu ildən yaşadığı Tulon şəhərindəki qocalar evinin nümayəndəsinin nəşrə verdiyi məlumata görə, onun ölümü yuxuda baş verib.

Lucille Randon 11 fevral 1904-cü ildə Fransada anadan olub. O, 2022-ci il aprelin 26-da 119 yaşında yapon qadını Keyn Tanakanın ölümündən sonra planetin ən yaşlı sakini kimi tanınıb

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ