Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanlılar Fransa Senatı qarşısında etiraz aksiyaları keçirəcəklər

Azərbaycanlılar Fransa Senatı qarşısında etiraz aksiyaları keçirəcəklər


Noyabrın 15-də Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz olaraq aksiya keçirəcəklər.

Səsvermənin nəticələrindən asılı olmayaraq, ictimaiyyətimizin bu məsələyə münasibətini bu qədər dəqiq və aydın şəkildə ifadə etməsi sevindiricidir.

Beləliklə, biz açıq şəkildə göstərdik ki, rəsmi Parisin hərəkətlərini pisləmək ümummilli mövqeyimizdir.

Xatırladaq ki, 3 oktyabr 2022-ci il tarixində Fransa Senatına ölkəmizə qarşı qətnamə layihəsi təqdim edilib. Senatın altı üzvünün hazırladığı və baxılması 15 noyabr tarixinə təyin edilən qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alıb, ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilib.

Cavab olaraq Fransa Senatının əxlaqazidd qətnamə layihəsinə qarşı yaradılmış petisiya (https://www.mesopinions.com/petition/politique/appel-nom-peuple-azerbaidjanais-senat-peuple/189012) artıq 115 min imza toplayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ