Sizin reklam burada
Sizin reklam burada

Rusiyanın verdiyi səyahət sənədləri tanınmayacaq

Rusiyanın verdiyi səyahət sənədləri tanınmayacaq



Avropa Şurası və Avropa Parlamentinin rəhbərliyi Rusiya tərəfindən Ukrayna və Gürcüstanın işğal altındakı separatçı bölgələrində verilmiş səyahət sənədlərinin tanınmaması ilə bağlı razılığa gəlib.

Publika.az xəbər verir ki, bu barədə Avropa Şurasının saytında dərc olunub.

Razılaşdırılmış mətn rəsmi təsdiq prosedurundan keçməzdən əvvəl Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən qəbul edilməlidir.

Qərarın Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzünə, bundan başqa Rusiyanın Gürcüstanın regionlarının – Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” birtərəfli qaydada tanınmasına cavab olduğu bildirilir.
Digər Avropa ölkələri isə bu sənədləri tanınmamaqla bağlı qərar qəbul etmək prosesindədir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ