Sizin reklam burada
Sizin reklam burada

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
Ottava Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumlara görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.

O bildirib ki, Kanada Ukraynanın dövlət suverenliyinin əsaslarını pozmağa yönəlmiş bu son cəhddə iştirak edən fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar hazırlayır.

“Kanada bu saxta referendumların nəticələrini tanımır və heç vaxt tanımayacaq”, - deyə Trüdo əlavə edib.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ