Sizin reklam burada
Sizin reklam burada

Şamaxı rayon K.Kərimov adına Göylər kənd tam orta məktəbində növbəti mühazirə - dərs keçirildi

Şamaxı rayon K.Kərimov adına Göylər kənd tam orta məktəbində növbəti mühazirə - dərs keçirildi

Şamaxı rayon K.Kərimov adına Göylər kənd tam orta məktəbində növbəti mühazirə - dərs keçirildi.
DŞRMİ-nin tabeliyində olan Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev Muzeyinin əməkdaşları tərəfindən Abbas Səhhətin anadan olmasının 150 illiyinə həsr olunmuş “Vətənə, millətə sədaqət nümunəsi” adlı mühazirə - dərs keçirildi.
Muzeyin elmi işçisi N.Cabarova Azərbaycan ədəbi ictimai fikir tarixində xüsusi yer tutan A.Səhhətin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək bildirdi ki, XX əsrin mürəkkəb ədəbi-tarixi və ictimai-siyasi şəraitində bütün zəkasını və enerjisini doğma xalqının mədəni tərəqqisinə həsr edərək, şəxsi həyatını ictimai məsləkə, əqidəyə çevirib inamla "məsləkim tərcümeyi-halımdır" deyən Abbas Səhhət Azərbaycan ədəbiyyatının sayılıb-seçilən simalarından biridir. Məruzəçi şagirdlərin nəzərinə çatdırdı ki, A.Səhhət Tehranda tibb sahəsi üzrə təhsil alsada şairin şeirə, ədəbiyyata olan sevgisi onu istedadlı şairliyə gətirib çıxarmışdır. A.Səhhətin M.Ə.Sabirlə yaxından dostluğundan ətraflı məlumat verən elmi işçi M.Ə.Sabirlə bərabər A.Səhhətin hər zaman doğma vətənə dərin məhəbbət hissləri aşıladığını və dahi şairin vətənini sevdiyi qədər sevilməyə layiq bir şəxsiyyət olduğundan söz açdı.
Tədbirin sonunda "Mən vətəni canım kimi sevərəm, Ruhum, ətim, qanım kimi sevərəm”, -deyən şairin irsi,həyat və yaradıcılığı ətrafında müzakirələr aparıldı. Şagirdləri maraqlandıran suallar muzeyin əməkdaşları tərəfindən cavablandırıldı.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ