Sizin reklam burada
Sizin reklam burada

Paşinyan xaricdə ona sui-qəsd ediləcəyindən qorxur

Paşinyan xaricdə ona sui-qəsd ediləcəyindən qorxur
Xəbər verdiyimiz kimi ötən gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurasının rəhbərləri arasında növbəti görüş keçirilib.

Növbəti üçtərəfli görüş həmçinin Ermənistan baş nazirinin öz şəxsi təhlükəsizliyini gücləndirməsi ilə yadda qalıb.

Belə ki, Brüsseldə keçirilən əvvəlki görüşlərdə N.Paşinyanı Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin 3-4 əməkdaşı müşayiət edib.

Lakin sonuncu iclasa qatılan N.Paşinyanın cangüdənlərinin sayında üç dəfə artım müşahidə olunub.

Görünür 44 günlük müharibədən sonra diplomatik savaşda da ardıcıl məğlubiyyətlərlə üzləşən Ermənistanın Baş naziri özünü Avropa ölkələrində yaşayan erməni lobbisinin hücumlarından qorumağa çalışır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ