Sizin reklam burada
Sizin reklam burada

Aleksandr Vuçiç: “Serbiya Azərbaycandan qaz almağı planlaşdırır”

Aleksandr Vuçiç: “Serbiya Azərbaycandan qaz almağı planlaşdırır”
Serbiya prezidenti Aleksandr Vuçiç bəyan edib ki, ölkənin maliyyə imkanları gələcək aylarda gözlənilən tədarük çatışmazlığını aradan qaldırmaq üçün Rusiya enerji mənbələrinə alternativ təmin edəcək qədər güclüdür.

Balkan ölkəsi Ukraynadakı müharibədən və Serbiyanın qoşulmaq istədiyi Avropa İttifaqının Moskvaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra çətinləşən Rusiya neft-qaz tədarükündən çox asılıdır.

Vuçiç bildirib ki, Serbiya bacardığı yerdə yanacaq mənbələri axtarır.

Dövlət başçısı 2023-cü ildə Azərbaycandan, eləcə də İraqdan qaz almağı planlaşdırdığını, həmçinin Venesuela ilə danışıqlar aparmağa çalışacağını deyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ