Sizin reklam burada
Sizin reklam burada

Fransa Rusiyanın 1,2 milyard avroluq aktivlərini dondurdu

Fransa Rusiyanın 1,2 milyard avroluq aktivlərini dondurdu
Fransada Rusiya Mərkəzi Bankının vəsaitlərindən əlavə, bu ölkəyə məxsus daha 1,2 milyard avro məbləğində aktivlər dondurulub.

Bunu Fransa Maliyyə və İqtisadiyyat Nazirliyinin nəzdində kəşfiyyat və qanunsuz maliyyə sxemlərinə qarşı mübarizə şöbəsinin rəhbəri Qiyom Valet-Valla bildirib.

“Rusiya Mərkəzi Bankının aktivlərini nəzərə almasaq, dondurulmuş Rusiya aktivlərinin məbləği 1,2 milyard avro təşkil edir”, – deyə o, bəyan edib.

Valet-Vallanın sözlərinə görə, burada söhbət həm maliyyə alətlərindən, həm də digər aktivlərdən, xüsusən də daşınmaz əmlakdan gedir.

Qeyd edək ki, martın sonunda Fransa Rusiya Mərkəzi Bankının 22 milyard avro məbləğində aktivlərini dondurub.

Mənbə: banki.ru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ