Sizin reklam burada
Sizin reklam burada

İtaliyada Azərbaycan vətəndaşının meyiti aşkarlanıb

İtaliyada Azərbaycan vətəndaşının meyiti aşkarlanıb
İtaliyada Azərbaycan vətəndaşının meyiti aşkarlanıb.

Məlumata görə, hadisə Terni şəhərinin Sant-Anyez rayonunda baş verib.

Adı hələlik bilinməyən 52 yaşlı Azərbaycan vətəndaşının meyiti Mauri küçəsində yerləşən mənzillərdən birində aşkarlanıb.

Bildirilib ki, həmin şəxsdən bir həftədir xəbər almaq mümkün olmayıb. Bundan sonra onun keçmiş ortağı polisə müraciət edib.

Mənzilə daxil olan polislər azərbaycanlının meyitini mətbəxdə aşkar ediblər. İlkin araşdırmalar zamanı onun bir həftə əvvəl öldüyü müəyyən olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ