![Hindistan paytaxtında yanğın: Azı 26 nəfər ölüb Hindistan paytaxtında yanğın: Azı 26 nəfər ölüb](https://xeberleragentliyi.com/uploads/posts/2022-05/thumbs/1652510194_hi.jpg)
Yeni Dehlidə şəhərin qərb hissəindəki ticarət binasında baş verən yanğında azı 26 nəfər ölüb, 40-dan çox adam yaralanıb
“İndiyədək 26 cəsəd tapılıb. 40-dan çox insan yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib”, - deyə yerli polisdən bildirilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, binadan 70-ə yaxın adam xilas edilib.
Hadisə qurbanlarının sayının artacağı istisna edilmir.