Sizin reklam burada
Sizin reklam burada

Dünya Konqresində Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri təqdim edildi

Dünya Konqresində Dövlət Məşğulluq Agentliyinin  rəqəmsal layihələri təqdim edildi
Dünya Konqresində Dövlət Məşğulluq Agentliyinin  rəqəmsal layihələri təqdim edildi
Estoniya Respublikasının paytaxtı Tallin şəhərində Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası – WAPES tərəfindən keçirilən Dünya Konqresində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri təqdim edilib.

Konqresdə ölkəmizi təmsil edən Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti tədbirdə təqdimatla çıxış edib.

“Texnoloji innovasiyalar və xidmətlərin göstərilməsi zamanı süni intellektdən istifadə sahəsində məşğulluq xidmətlərinin təcrübəsi” mövzusu üzrə edilən təqdimatda Agentlik tərəfindən rəqəmsal məşğulluğa keçid istiqamətdə icra olunan layihələr barədə ətraflı məlumat verilib.

“Əmək münasibətləri və məşğulluq altsistemi”, “Məşğul şəxslərin reyestri”, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı və digər sistemlərin əhəmiyyətindən danışılıb.

Ümumilikdə 65 ölkədən nümayəndənin iştirak etdiyi tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli Rumıniya, Litva və müxtəlif ölkələrin məşğulluq xidmətlərinin rəhbərləri ilə görüşüb və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

Dünya Konqresi bu gün başa çatıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ