Sizin reklam burada
Sizin reklam burada

Arestoviç: “İyun-iyul aylarında Ukrayna hücuma keçəcək”

Arestoviç: “İyun-iyul aylarında Ukrayna hücuma keçəcək”
Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, tezliklə Ukrayna Qərbdən güclü silahlar alacaq və bundan sonra öz ərazisini azad etmək üçün aktiv hücum əməliyyatlarına başlayacaq.

“Mayın sonu və ya iyunun əvvəlində Qərb silahları cəbhənin müəyyən bir sektorunda qüvvələr balansını dəyişdirə biləcək həcmdə gəlməyə başlayacaq. Hesab edirəm ki, iyunun ortalarına qədər biz həmin Qərb silahları ilə silahlanmış, hücuma keçməyə hazır döyüş qabiliyyətinə malik bölmələrə sahib olacağıq”, - deyə Aretoviç bildirib.

O, həmçinin hadisələrin bundan sonra necə inkişaf edəcəyini proqnozlaşdırıb.

“İyunun ikinci yarısı, çox güman ki, iyulda da şiddətli döyüşlər olacaq. Ukrayna ordusu hücuma keçəcək. Rusiya ordusu bunu başa düşür, apreldən yığmağa başladıqları çağırışçıları cəlb edəcəklər. Bu uşaqlar da ki, bir və ya iki aylıq təlim keçdikdən sonra köhnə paslı texnika ilə Qərb silahlarının və Ukrayna hərbçilərinin “ətçəkən maşın”ının altına atılacaqlar”, - Aretoviç qeyd edib.

Mənbə: rbc.ua

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ