Sizin reklam burada
Sizin reklam burada

Rusiyada Su-57-nin yeni eksport versiyası yaradılacaq

Rusiyada Su-57-nin yeni eksport versiyası yaradılacaq


Rusiyada beşinci nəsil Su-57 qırıcısının xaricə satılacaq ikiyerlik versiyası yaradılacaq.

Bu barədə TASS Rusiya Baş nazirinin müavini Yuri Borisova istinadən yazıb.

Borisovun sözlərinə görə, bir sıra ölkələrin Su-57-lərə marağı var və bu maraq təyyarələr Rusiya ordusunun arsenalına daxil olduqca daha da artır. Belə ki, artıq 2028-ci ildə qədər Rusiya ordusuna 76 ədəd Su-57 qırıcısının təhvil verilməsi planlaşdırılır. Potensial alıcılar isə texnikanın praktikada özünü necə göstərməsinə baxmaq istəyir və bundan sonra tələbat da artır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ