Sizin reklam burada
Sizin reklam burada

Avropa ölkəsində peyvənd pasportu olanlara yaşıl işıq

Avropa ölkəsində peyvənd pasportu olanlara yaşıl işıq


Macarıstanda gələn həftədən peyvənd pasportu olanlar üçün restoran və kafelər, teatrlar, kinoteatrlar, hotellər və digər ictimai qurumlar açıq olacaq.

Bunu ölkənin baş naziri Viktor Orban “Kossuth Radio”ya müsahibəsində deyib.
Artıq bu şənbə, 24 apreldən ölkədə kafe və restoranların yay terasları məhdudlaşdırılmadan açılacaq.

Macarıstan səlahiyyətliləri hesab edir ki, buna əhalinin vaksinasiyası kömək edib. Artıq Macarıstanda 9,7 milyon əhaliin 3,5 milyonu vaksinasiya olunub.

Gələn həftə COVID-19-a qarşı peyvənd edilənlərin sayı 4 milyon nəfəri keçməlidir ki, bu da əhalinin 40%-dən çoxu deməkdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ