Sizin reklam burada
Sizin reklam burada

Meksikada siyasətçilər qətlə yetirilir

Meksikada siyasətçilər qətlə yetirilir


Meksikada son altı ayda 66 siyasətçi öldürülüb.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə müvafiq səlahiyyətlilərin hazırladıqları hesabatda deyilir.

Bildirilir ki, Meksikada son zamanlarda bələdiyyə başçılarına, millət vəkillərinə və 3 ay sonra keçirilməsi planlaşdırılan federal seçkilərqabağı namizədlərə təhdid və şantaj artıb.

Hesabatda siyasətçilərin həyatlarının təhlükəsizliyi riskinin yüksək olduğuna diqqət çəkilib.

Sonuncu dəfə Puerto Morelos qəsəbəsinin bələdiyyə sədirliyinə namizəd 24 fevralda naməlum şəxslər tərəfindən öldürülüb.

2006-2020-ci illər arasında mütəşəkkil cinayətkar təşkilatlar tərəfindən 192 bələdiyyə başçısı qətlə yetirilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ