Portuqaliyalı forvard Kriştiano Ronaldo dünya çempionatlarının pley-off mərhələlərində hücumçular arasında qol sayı üzrə antirekord müəyyənləşdirib.
Bu barədə "OptaJoe" "X" sosial şəbəkəsində məlumat yayıb.
41 yaşlı portuqaliyalı dünya çempionatlarının pley-off mərhələsində keçirdiyi on oyunda oyundaxili qol vura bilməyib. Onun komandası 1/8 finalda İspaniyaya 0:1 hesabı ilə uduzaraq 2026-cı il dünya çempionatından kənarda qalıb. Bu matçda da Ronaldo pley-off mərhələsində rəqib qapısına oyundaxili qol vura bilməyib.
Forvardın dünya çempionatlarının pley-off matçlarında vurduğu yeganə qol cari turnirin 1/16 finalında Xorvatiyaya qarşı penaltidən olub. Pley-offun digər görüşlərində portuqaliyalı fərqlənə bilməyib.

