Sizin reklam burada
Sizin reklam burada

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı


Bakıda iyunun 7-dən ayın 13-nə qədər keçiriləcək çövkən üzrə dünya çempionatınının təqvimi müəyyənləşib.
Qrup mərhələsinin oyunları iyunun 7-11-də baş tutacaq.
Yarımfinal qarşılaşmalarına iyunun 12-də start veriləcək. Final və 3-cü yer uğrunda görüşlər isə iyunun 13-də keçiriləcək.
Turnirdə mübarizə aparacaq 10 komanda iki qrupa bölünüb. A qrupunda Nigeriya, Uruqvay, Türkiyə, Niger və Polşa yer alıblar. B qrupunda isə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Çili və Küveyt yığmaları mübarizə aparacaqlar.
Çövkən üzrə dünya çempionatının bütün oyunları Binə Atçılıq Mərkəzində keçiriləcək.

  • Sosial şəbəkədə paylaş