Sizin reklam burada
Sizin reklam burada

Avropanın top klubları onu almağa çalışırlar

Avropanın top klubları onu almağa çalışırlar


“Liverpul”un müdafiəçisi İbraima Konate bir neçə klubun maraq dairəsinə düşüb.
Bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
27 yaşlı futbolçunun “qırmızılar”la yeni müqavilə barədə razılığa gələ bilmədiyi və İngiltərə klubunu azad agent kimi tərk edəcəyi bildirilir. Məlumata görə, fransız futbolçuya yaxın mənbələr danışıqların çıxılmaz vəziyyətə düşdüyünü və tərəflər arasında razılığın əldə olunmayacağını iddia edirlər.
Nəşr qeyd edir ki, bu vəziyyət Konatenin müqaviləsinin strukturu və maliyyə şərtləri ilə bağlı daxili fikir ayrılıqları, həmçinin “Liverpul”un uğursuz mövsümü fonunda yaranıb.
Müdafiəçini transfer etmək üçün ən şanslı klubun PSJ olduğu bildirilir. Əlavə olaraq “Real”, “Bavariya” və “Çelsi” də futbolçu uğrunda mübarizəyə qoşulub.
Gözlənilir ki, Fransa millisinin üzvü 2026-cı il dünya çempionatına yollanmamışdan əvvəl gələcəyi ilə bağlı yekun qərarını verəcək.

  • Sosial şəbəkədə paylaş