“Real Madrid”də baş verən insidentlə bağlı iki futbolçuya qarşı intizam icraatına başlanılıb.
Klubun rəsmi açıqlamasında Federiko Valverde və Orelyen Tçuameni ilə bağlı araşdırma aparıldığı bildirilib. Qeyd olunub ki, daxili prosedurlar başa çatdıqdan sonra yekun qərar açıqlanacaq. Məlumata görə, insident komandanın məşqi zamanı başlayan mübahisədən sonra paltardəyişmə otağında davaya çevrilib. Hadisə zamanı Valverde zərbə alaraq yıxılıb və başını stola çırpıb.
Bildirilir ki, uruqvaylı futbolçu qismən yaddaş itkisi yaşayıb və tibbi müayinədən keçirilib. Həkimlər onun vəziyyətini nəzarətdə saxlayır.
İddiaya əsasən, Valverde mayın 10-da keçiriləcək “Barselona” ilə oyunu buraxa bilər və ən azı bir həftə meydanlardan uzaq qalması gözlənilir.

