19 sentyabr 2023 - cü il tarixində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Gənclər Evi" SXM - in inzibati binasında "Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır" mövzusunda görüş keçirilmişdir.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin baş müəllimi - Zaur Rəsulov Ümumilli lider Heydər Əliyevin qabaqcıl siyasəti və "Əsrin müqaviləsi" nin Azərbaycan dövlətinin iqtisadi və siyasi həyatında rolu haqqında geniş bəhs açmış və mövzu ilə bağlı təqdimatı nümayiş olunmuşdur.