08 sentyabr 2023-cü il tarixində Şamaxı Şəhər Stadionunda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində "Futbol hamı üçün" kütləvi idman tədbiri keçirilib.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd futbol idman növünün və sağlam həyat tərzinin təbliği, idmanın əhali arasında kütləviliyinin artırılması, yeniyetmələrin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, həmçinin asudə vaxtın səmərəli təşkil olunmasıdır.