Sizin reklam burada
Sizin reklam burada

Qurban Qurbanov ümidləri doğrultmayan fransalı futbolçunun “qələmini qırdı”

Qurban Qurbanov ümidləri doğrultmayan fransalı futbolçunun “qələmini qırdı”
Adama Diakabi “Qarabağ”ı tərk edə bilər.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, fransalı vinger komandanın baş məşqçisi Qurban Qurbanovun gələcək planlarına daxil deyil.

Bu barədə oyunçuya məlumat verilib. Ona bildirilib ki, klubun planlarında yer almır və heyətə düşmək şansı azdır. Diakabi komanda tapa bilsə, azad agent kimi Ağdam təmsilçisini tərk edəcək.

27 yaşlı futbolçu bu ilin əvvəlindən “Qarabağ”ın üzvüdür. Ümidləri doğrultmayan və tez-tez zədələnən Diakabi ötən mövsüm qol vura bilməyib. Bu mövsüm avrokubok oyunlarında əsasən ehtiyatda qalan, çempionat matçlarında şans qazanan irəli xətt oyunçusu Premyer Liqada iki dəfə fərqlənməyi bacarıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ