Azərbaycan cüdoçusu Uşanqi Kokauri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə bürünc medal qazanıb.
“Report”un məlumatına görə, +100 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə fransalı Amadau Meyteyə qalib gəlib.
Bununla da Qran-priyə yekun vurulub. Daha əvvəl Əhməd Yusifov 60 kq çəki dərəcəsində gümüş mükafata yiyələnib.