arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Qara Qarayev: “Emin Mahmudovun “Qarabağ”a gəlməsinə cəhd etmişdim”

Qara Qarayev: “Emin Mahmudovun “Qarabağ”a gəlməsinə cəhd etmişdim”


“Emin Mahmudovun “Qarabağ”a gəlməsinə cəhd etmişdim”.

Bu sözləri Sportinfo.az saytına açıqlamasında yay fasiləsində “Qarabağ”ı “Neftçi”yə dəyişən Qara Qarayev deyib.

Dayaq yarımmüdafiəçisi “Neftçi”yə keçidində önəmli rolu olan Emin Mahmudova daha əvvəl “Qarabağ”a gəlməsi üçün cəhd etdiyini bildirib:

“Neftçi”yə keçidimdə Emin Mahmudovun önəmli rolu olub. Əksi olubmu? Bəli, daha əvvəl Eminin “Qarabağ”a transferi üçün kiçik cəhdim olmuşdu. Lakin bu, çox da uzun çəkmədi. Perspektiv görmədim deyə yox, sadəcə, maraqlar toqquşmadığı üçün geri çəkildim. Mənim üçün iki tərəfin də maraqları önəmlidir. Bir tərəfdə klub, digər tərəfdə mənim qardaşım olan Eminin dəyərləri ortaq olmalıdır. Ona görə də bəzi şeylər alınmadı deyə, çəkildim kənara”.

  • Sosial şəbəkədə paylaş