Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.
Oxu.Az xəbər verir ki, ölkə çempionu daha bir legionerin keçidini reallaşdırıb. Serbiya millisinin üzvü Lazar Milosavlyeviç qitəmiqyaslı yarışda təmsilçimizin formasını geyinəcək. 25 yaşlı futzalçının son klubu “Muvua Lill Metropol” (Fransa) olub.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, Ninoslav Aleksiç, Husniddin Nişonov və Luka Pavloviçlə anlaşıb.