“Qarabağ”ın müdafiəçisi Kevin Medina Türkiyə Superliqa təmsilçisi “Çaykur Rizəspor”a keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
“Qafqazinfo”ya açıqlama verən kolumbiyalı müdafiəçi danışıqlar getdiyini, amma hələ hər şeyin dəqiqləşmədiyini bildirib:
“Danışıqlar gedir, amma heç nə konkretləşməyib. Təklif çoxdan var idi. Mən gedib-getməyəcəyimlə bağlı qərarımı kluba demişəm. Lakin bunu sizə açıqlaya bilməyəcəm. Yaxın günlərdə nə baş verəcəyini görəcəyik”.