“Azərbaycan futbolunun səviyyəsi yüksəlişdədir”.
Bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.
“Ağ-qaralar”ın kapitanı Azərbaycan Premyer Liqasının səviyyə baxımından Rusiya çempionatına yaxınlaşdığını bildirib:
“Əvvəllər Rusiya ilə Azərbaycan çempionatları arasında böyük fərq var idi. Amma indi çempionatımızda gərgin mübarizə gedir. Rusiya çempionatı komandalarının səviyyəsinə və infrastrukturuna görə yenə də cəlbedicidir. Azərbaycan futbolu isə inkişafdadır. Hər şey ildən-ilə yaxşılaşır”.
Qeyd edək ki, E.Mahmudov Rusiyada “Saturn” və “Spartak” klublarının formasını geyinib. 31 yaşlı yarımmüdafiəçi 2017-ci ildən “Neftçi”də çıxış edir.