Azərbaycanın yeniyetmə güləşçisi Esra Məmmədli Macarıstanın Kaposvar şəhərində start götürən U-15 Avropa çempionatında finala yüksəlib.
“Report”un məlumatına görə, 46 kq-da çıxış edən idmançı ardıcıl olaraq xorvatiyalı Ayla Kadriyi, rumıniyalı Orsolya Sover, rusiyalı Polina Boçkareva və belaruslu Ella Sudkoya qalib gəlib.
O, finalda macarıstanlı Mariya Jitovozla güləşəcək.
42 kq-da mübarizə aparan Nəzrin Əhmədli bürünc medal uğrunda Emine Ayrac (Türkiyə) - Mariya Qkika (Yunanıstan) görüşünün qalibi ilə qarşılaşacaq.
58 kq çəki dərəcəsində yarışan Fidan Babayeva təsəlliverici görüşdə rusiyalı Liliya Yermoxinanı sınağa çəkəcək.
39 kq-dakı Əfsanə İslamova isə təsnifat mərhələsində xorvatiyalı Lara Blazekoviçə “tuş”la məğlub olub.
Qeyd edək ki, təsəlliverici və medal görüşləri iyulun 7-də keçiriləcək.