“Yarışa getməzdən öncə orada erməni idmançılarının iştirak edəcəyini bildirik”.
Oxu.Az xəbər verir ki, bunu Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq turnirində erməni təxribatına - onların Azərbaycan bayrağının üzərinə öz bayraqlarını asmalarına imkan verməyən karateçimiz Zəki Cəfərzadə deyib.
İdmançı qeyd edib ki, ermənilərlə heç bir problem yaşamamağa çalışıblar:
“Lakin onlar bizim bayrağımızın üzərinə öz bayraqlarını qoymağa çalışdılar. Mən bunu ilk gördüyüm anda reaksiya verərək, iradımı bildirdim. Təbii ki, etirazım nəticəsiz qalmadı. Hər şeydən əvvəl bir Azərbaycan vətəndaşı kimi bayrağımıza edilən hörmətsizliyə göz yummadım”.