“Qəbələ” klubu baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilənin müddətini uzadıb.
“Qırmızı-qaralar”dan verilən məlumata görə, 43 yaşlı mütəxəssis, həmçinin köməkçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha iki il müddətinə nəzərdə tutulub.
Xatırladaq ki, Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin sükanı arxasındadır. O, başa çatan mövsümdə komanda ilə Azərbaycan kubokunun qalibi olub.