Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın bir cüdoçusu Qran-pridə finala yüksəldi, ikisi bürünc medal qazana bilər

Azərbaycanın bir cüdoçusu Qran-pridə finala yüksəldi, ikisi bürünc medal qazana bilər
Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə finala yüksəlib.

Oxu.Az xəbər verir ki, 66 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda ispaniyalı David Qarsiya Torne ilə üz-üzə gələcək.

60 kq-da çıxış edən Nazir Talıbov bürünc medal görüşünə çıxacaq. O, Artyom Lesyukdan (Ukrayna) güclü olmağa çalışacaq. Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva ispan Ariane Toro Solerlə görüşdə “bürünc” əldə etməyə çalışacaq.

Bu gün mübarizəyə qoşulan Əhməd Yusifov (60), Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Fidan Əlizadə (57 kq) mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, Qran-pri mayın 27-də başa çatacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ