Azərbaycanın gənc qız cüdoçulardan ibarət milli komandası Litvanın Kaunas şəhərində keçirilən Avropa Kubokunda iki medal qazanıb.
Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, yığmanın iki üzvü yarışda bürünc mükafata yiyələnib.
Qızların mübarizəsində Leyla Dəmirova (48 kq) və Nigar Süleymanova (+78 kq) fəxri kürsüyə qalxıblar.
Digər cüdoçulardan Rita Əliyeva (52 kq), Pərvanə Abdullayeva (70 kq), Nərmin Əmirli (78 kq) beşinci, Gülnarə Bayramova və Nuray Quliyeva (hər ikisi 57 kq) 7-ci yeri tutublar.