Sizin reklam burada
Sizin reklam burada

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi yarımfinalda uduzub

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi yarımfinalda uduzub
Azərbaycan millisi Bakıda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində yarımfinal oyununa çıxıb.

“Report”un məlumatına görə, yığma finala gedən yolda Serbiya kollektivi ilə qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Azərbaycan 3-cü yer uğrunda matçda Qazaxıstan - Çexiya cütünün məğlubu ilə üz-üzə gələcək. Serbiya isə finalda bu cütün qalibini sınağa çəkəcək.

  • Sosial şəbəkədə paylaş